Polis əməkdazlarının izə qəbulu ilə bağlı müsabiqə elan edilib

img

07-04-2009 [01:52]


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) yol-patrul xidməti inspektoru və post-patrul xidmətinin polis nəfəri (sıravi və kiçik rəis heyəti) vəzifələrində işə qəbulla əlaqədar müsabiqə elan edib. İdarənin mətbuat xidmətindən MİA-ya bildirilb ki, müsabiqədə yol-patrul xidməti inspektoru vəzifələrinə orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, post-patrul xidmətinin polis nəfəri vəzifələrinə isə orta və ali təhsilli, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, boyu 175 santimetrdən yuxarı, Bakı şəhərində daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və ?Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə?də müəyyən olunmuş digər şərtlərə cavab verən ölkə vətəndaşları iştirak edə bilərlər. Yol-patrul xidməti inspektoru vəzifələrinə namizədlər yol hərəkəti qaydaları üzrə biliklərinin və sürücülük vərdişlərinin yoxlanılması üçün nəzəri və praktiki imtahanlara cəlb olunacaqlar. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılacaq. Müsabiqə üçün sənədlər aprelin 15-dən 30-dək BŞPİ-də qəbul olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA