Kür və Araz çayları əvvəlki kimi çirkləndirilməkdədir

img

07-04-2009 [01:49]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının III ongünlüyü üçün növbəti monitorinqin nəticələrini açıqlayıb. Nazirlikdən bildirilib ki, monitorinqin nəticələrinə əsasən, Kür çayının və onun qollarında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan bir qədər artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini dəfələrlə keçib. Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 4 dəfə, Ağstafaçay məntəqəsində fenol və mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə norma həddini keçib. Monitorinq zamanı Araz çayında suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri və fenollar Horadizdə və I Şahsevən məntəqəsində 3 dəfə, Bəhrəmtəpədə mis birləşmələri 3, fenollar isə 2 dəfə normannı ötüb. Həmin məntəqələrdə neft məhsullarının miqdarı isə norma daxilində olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA