Baz prokuror nazirə təqdimat göndərib

img

07-04-2009 [01:27]


[b]Zakir Qaralov Misir Mərdanova təhsil sahəsindəki korrupsiya və rüşvətxorluq hallarına qarşı tədbirlər görməyi tövsiyyə edib [/b] Təhsil müəssisələrində nöqsanların, rüşvətxorluğun mövcudluğunu sübut etməyə ehtiyac yoxdur. Bunu təkcə ictimaiyyət deyil, martın əvvəllərində bir neçə məktəb direktorunu işdən azad edən təhsil naziri Misir Mərdanov da etiraf edib. Son vaxtlar ali, orta ixtisas, ümumtəhsil məktəblərindəki rüşvətxorluqdan danışanların sayı çoxalıb. Təhsil ?azirliyinin 496-37-61, 496-34-82 nömrəli "qaynar xətt" xidmətinin fəaliyyəti də qənaətbəxş sayılmır. İctimaiyyət nümayəndələrinin, ayrı-ayrı dövlət qurumlarında çalışanların bu problemə geniş diqqət ayırmaları təhsil naziri Misir Mərdanovu müvafiq addım atmağa məcbur edib. Belə ki, o, Təhsil ?azirliyinin "qaynar xətt" xidmətinin fəaliyyətinin və vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi barədə yeni əmr imzalayıb. Buna səbəb martın 10-da respublika pokuroru Zakir Qaralovun imzaladığı "Korrupsiya hüquqpozmaları ilə bağlı müraciətlərə baxılması sahəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması barədə" təqdimatın Təhsil ?azirliyinə daxil olmasıdır. Bu barədə Təhsil ?azirliyindən "Reytinq"ə məlumat verilib. Baş prokurorun təqdimatında nazirliyin "qaynar xətt"inin fəaliyyətinin təhlili ilə yanaşı, onun işinin qanunvericiliyin tələblərinə müvafiq olaraq yenidən qurulması, fəaliyyətinin təkmilləşdirilməsi, xidmətin səmərəliliyinin artırılması, bu işə səriştəli və prinsipial əməkdaşların cəlbi üçün zəruri kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi əks olunub. Sənəddə həmçinin Təhsil ?azirliyinə və onun "qaynar xətt"inə korrursiya hüquqpozmaları ilə bağlı daxil olmuş müraciətlərin baxılması üçün dərhal Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi tövsiyə edilib, bir sıra digər təkliflər irəli sürülüb. Zakir Qaralovun təqdimatı nəzərə alınaraq Təhsil ?azirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun və "qaynar xətt" xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə müvafiq əmr imzalanıb. M.Mərdanovun yeni əmrinə əsasən, Təhsil ?azirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna əlavə üzvlər cəlb ediləcək, onlar üçün müvafiq treninqlər təşkil olunacaq, "qaynar xətt"in iş qrafiki təzələnəcək. M.Mərdanov nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun üzvü, Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Ə.İmanovu "qaynar xətt" xidmətinin koordinatoru təyin edib. Bundan başqa, nazirlik aparatının rəhbəri İlham Pirməmmədova və Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun sədri Fərzəli Qədirova tapşırılıb ki, Təhsil ?azirliyinə və onun "qaynar xətt"inə korrursiya hüquqrozmaları ilə bağlı daxil olmuş müraciətləri dərhal Baş Prokuror yanında Korrursiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsini təmin etsinlər. ?azirliyin bütün struktur bölmələrinin rəhbərlərinə tapşırılıb ki, mövcud qanunvericiliyə uyğun olaraq vətəndaşların müraciətlərinin obyektiv araşdırılması, vaxtında cavablandırılması təmin olunsun. Əmrə əsasən, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, bununla əlaqədar təhsil müəssisələrində vəziyyətin öyrənilməsi məqsədilə İşçi Qrupunun üzvləri məktəbəqədər, ümumi orta, məktəbdənkənar, texniki peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrində olmalı, təhsilalanlar və təhsilverənlərlə görüşlər keçirməlidirlər. ?azirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu üzvləri bundan sonra təhsil müəssisələrində imtahan prosesində iştirak etməli, müvafiq monitorinqlər apararaq nəticələri müzakirəyə çıxarmalı olacaqlar. Ali, orta ixtisas, texniki peşə və əlavə təhsil müəssisələrinin, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) rəhbərləri öz strukturlarda daimi fəaliyyət göstərən "qaynar xətt" xidməti yaratmalı, bu xidmətə səriştəli əməkdaşlar cəlb etməlidirlər. Göründüyü kimi, təhsil nazirinin yeni əmrində korrupsiya hüquqpozmalarına, rüşvətxorluq hallarına, digər nöqsanlara qarşı xeyli tədbirlər öz əksini tapıb. Onların əvvəllər olduğu kimi, yenə kağız üzərində qalacağını, yoxsa praktikata tətbiq olunacağını isə zaman göstərəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA