Həmsədrlər aprelin 20-dən sonra regiona birgə səfər edəcək

img

06-04-2009 [11:04]


Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın ardınca fransalı həmsədr Bernar Fasye də bu gün Azərbaycana gəlib . Diplomat bundan əvvəl Ermənistanda olub, bu ölkənin prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. İrəvanda prezidentlərin Sürix görüşündən irəli gələn məsələlərlə bağlı danışıqlar apardığını deyən ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Türkiyə-Ermənistan sərhədlərinin açılmasına da münasibət bildirib. Onun sözlərinə görə, həmsədrlərin mətbuat səhifələrində gedən bu məlumatı həll etmək üçün jurnalistlər arasında deyil, prezidentlər arasında vasitəçilik etdiklərini deyib. Həmsədrlərin ayrı-ayrılıqda regiona səfərinə gəldikdə isə, o, bunu təqvimlə əlaqələndirib. Sabah dövlət rəsmiləri ilə görüş keçirəcək fransalı vasitəçi Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindəki son vəziyyət barədə məlumat verib: ?Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan işlər yüksək templə gedir. Biz həmsədrlər olaraq üçlükdə bir neçə dəfə regionda olmuşuq. Bu da danışıqların inkişafda olmasını bir daha təsdiqləyir. Aprelin 20-dən sonra regiona üçlükdə yenidən səfər edəcəyik. Bu isə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtının müəyyən edilməsi məqsədi daşıyır. Hazırlıq məqsədi ilə bizim regiona səfərimizə çox ehtiyac var. Bunun üzərində çox ciddi işləyirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA