Azay Quliyevdən narazı olan QHT rəhbərləri birləzdilər

img

06-04-2009 [08:49]


Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üçün elan etdiyi müsabiqənin nəticələrinin açıqlanması narazılıq yaradıb. Artıq bir sıra QHT rəhbərləri mətbuata müsahibələrində nəticələrlə razılaşmadıqlarını bəyan ediblər. Narazılar hesab edirlər ki, qalib QHT-lərin müəyyənləşdirilməsi zamanı dostluq, ailəvi yaxınlıq, yerlibazlıq və digər subyektiv amillər əsas götürülüb. ?21-ci əsr? Təhsil Mərkəzinin sədri Etibar Əliyev etirazını daha radikal formada ifadə etməyə hazırlaşır. E.Əliyev jurnalistlərlə söhbətində yaxın günlərdə QHT Şurasının sədri Azay Quliyevin nəzarətində olan Milli QHT Forumunun üzvlüyündən istefa verəcəyini də bildirib. Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli isə hüquqi müstəvidə mübarizə aparmaq niyyətindədir. DJL sədri rəhbərlik etdiyi qurumun uğursuzluğunun səbəbini öyrənmək üçün QHT Şurasının nəzdində fəaliyyət göstərən Apellyasiya Komissiyasına müraciət etməyə hazırlaşır. ?Həsrət Yolu? Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova da Azay Quliyevin qərarı ilə barışmaq niyyətində deyil. Esmira xanım jurnalistlərlə söhbətində narazı QHT-lərin komitə yaradacağını və ölkə prezidentinə müraciət edəcəklərini deyib. Aldığımız məlumata görə, nəticələrlə razılaşmayan QHT rəhbərləri konkret addımlar atmaq niyyətindədirlər. Adının çəkilməsini istəməyən QHT rəhbərlərindən birinin Müstəqil İnformasiya Agentliyinə (MİA) verdiyi bilgiyə görə, narazı QHT-lər yeni qurumda birləşməyə hazırlaşırlar. Mənbə deyib ki, narazılar çərşənbə günü mətbuat konfransı keçirərək, öz mövqelərini açıqlayacaqlar. ?Tədbirdə Yadigar Məmmədli, Etibar Əliyev, Esmira Orucova və digər tanınmış QHT rəhbərlərinin iştirakı gözlənilir. Mətbuat konfransında həmçinin Azay Quliyevin siyasətinə etiraz edən yeni təşkilatın da adı açıqlanacaq?, - deyə mənbə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA