ADP-nin idarə Heyəti beynəlxalq iqtisadi böhranı müzakirə edib

img

06-04-2009 [07:15]


Bu gün ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən proseslərə dair növbəti toplantısı keçirilib. ADP mətbuat xidmətindən məlumata görə, toplantıda öncə böyük 20-lərin dünya iqtisadi böhranının qarşısını almaq məqsədi ilə Londonda keçirdiyi sammitin nəticələri müzakirə obyekti olub. İH bu toplantının nəticələrinin ümidverici olduğuna inandığını ifadə edib. Xüsusən maliyyə kredit siyasətinə yenidən baxılmasını və çirkli pullara qarşı beynəlxalq səviyyədə mübarizənin təşkil edilməsini yalnız qlobal iqtisadi böhranın yox, həmçinin dünyada mövcud olan korrupsioner və avtoritar rejimlərin demontaj olunmasında əhəmiyyət daşıdığını vurğulayıb . İH NATO sammitində Dağlıq Qarabağla bağlı verilən bəyanatın təqdirə layiq olduğunu bildirib və bölgədə uzunmüddətli və ədalətli sülhün məhz NATO bəyanatında əks olunan ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsipləri əsasında həll edilməsinin rəhbər götürülməsini vacib hesab edib. İH ABŞ prezidenti B.Obamanın Türkiyə səfərini yüksək qiymətləndirib və səfərin islam dünyası ilə ABŞ arasında yeni dialoqun başlanmasında ümidverici vəsilə olacağına inamını ifadə edib. İH ölkə iqtisadiyatında baş verən tənəzzülün sürətlənməsi ilə bağlı narahatlığını ifadə edib, işsizliyin artması, müəssisələrin bağlanması və xarici şirkətlərin ölkəni tərk etməsi kimi qorxulu tendensiyaları ölkədə iqtisadi durumun heç də rəsmi dairələrin iddia etdikləri kimi deyil, əksinə, qat-qat ağır olduğunun sübutu kimi dəyərləndirib və iqtidarı bir daha qlobal iqtisadi böhranın fəsadlarına qarşı ciddi tədbirlər görməyə çağırıb. İH ABŞ prezidenti B.Obamanın dünyada nüvə silahlarının ləğv edilməsi ilə bağlı bəyanatını alqışlayıb və müasir qlobal ekoloji bohran şəraitində yer kürəsinin nüvə silahları ilə silahlanmasını bəşəriyyətə qarşı cidi təhlükə kimi dəyərləndirib. İH partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələlərin müzakirəsini davam etdirib, rayon təşkilatlarına və partiyanın digər strukturlarına bu istiqamətdə lazımi işlər aparılması üçün növbəti tapşırıqlar verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA