Aydın Mirzəzadə mer seçkilərinin keçirilməsinə ehtiyac görmür

img

06-04-2009 [05:48]


Qarabağ və Respublika Uğrunda Hərəkat Azərbaycanda mer seçkilərinin keçirilməsi məsələsini gündəmə gətirib. Hətta bununla bağlı qanun layihəsinin hazırlanacağı da bildirilir. Ancaq əksər müxalifət partiyaları bu təklifi müsbət qiymətləndirsə də, hakim partiya mənsubları belə bir seçkiyə ehtiyac olmadığını düşünürlər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib ki, müxalifət belə bir təkliflə çıxış edə bilər. Bu təklifin də həm Milli Məclisdə, həm Prezident Aparatında nəzərdən keçirilməsi mümkündür. YAP-çı deputat onu da bildirib ki, təklifin verilməsi onun dəyərli olması demək deyil: ?Ancaq bir məsələ də var ki, onlar müxalifətdir deyə, hər irəli sürdükləri təklif mütləq qəbul olunmamalıdır. Onlar təklif verdiyi kimi, müxalifətin digər qanadları, o cümlədən hakimiyyət qüvvələrinin də təklif vermək hüququ var. Nəticədə də bu təkliflərdən ən yaxşısı seçilir, qəbul olunur?. Qeyd edək ki, mer seçkilərinin keçirilməsi tərəfdarı olanlar xarici ölkələri nümunə göstərirlər. A.Mirzəzadə isə bildirib ki, əgər müxalifət xarici ölkələrdən nümunə götütürsə, öz fəaliyyətində də bunu tətbiq etsin: ?Yaxşı olardı ki, müxalifət konstruktivliyi, ölkə başçısına hörmətlə yanaşmağı, vətənpərvərliyi də xariji ölkələrdən öyrənsinlər. Bu günə kimi onlar bir dəfə də olsun, xaricdə Qarabağ məsələsini qaldırmayıblar. Daim Azərbacanın mənfi imicdə olmasına çalışırlar. Misal gətirirlərsə, qoy başqa misallar da gətirsinlər. Belə də isə hazırda icra hakimiyyətinin təyin olunması prinsipi özünü doğruldub. Nəzərə alsaq ki, dövrdən-dövrə bələdiyyələrin səlahiyyətləri artır, bu baxımdan demək olar ki, tədricən icra hakimiyyətlərinin səlahiyyəti daralır. Bu mənada düşünürəm ki, hazırda mer seçkisinin keçirilməsinə ehtiyac yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA