Bakıdakı universitetlər Qobuya köçürüləcək

img

06-04-2009 [02:05]


[b]Artıq bəzi təhsil müəssisələrinə həmin ərazidə torpaq sahəsi də ayrılır [/b] Bakı Dövlət, Azərbaycan Dövlət Pedaqoji, Dövlət Neft Akademiyası, Qərb Universiteti və digər bir neçə ali təhsil müəssisələri 2010-cu ilədək Abşeron rayonunun Qobu qəsəbəsi ərazisinə köçürüləcək. Sözügedən təhsil ocaqlarının bəziləri tam, qalanlarının isə bir neçə korpusu həmin qəsəbədə fəaliyyət göstərəcək. Məsələn, BDU və ADPU-nun (Bakıxanov küçəsində yerləşən korpusu) yalnız bir korpusunun köçürülməsi nəzərdə tutulsa da, Neft Akademiyası ilə Qərb Universitetinın bütövlükdə Qobuya ?sürgün? ediləcəyi bildirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlmuatda qeyd olunur ki, hazırda Qobuda həmin təhsil ocaqlarının yerləşməsi üçün nəzərdə tutulan torpaq sahələrinin hüdudlarının müəyyənləşdirilməsi yekunlaşmaq üzrədir: ?Təxminən 4-5 ay əvvəl bu barədə Rayon İcra Hakimiyyətinə tapşırıq verilib. Biz də qəsəbə bələdiyyəsi ilə araşdırma aparıb, həmin təhsil ocaqlarının qəsəbədə yerləşdirilməsinin mümkünlüyünü aidiyyatı qurumların diqqətinə çatdırmışıq. Hesab edirəm ki, 2010-cu ilə qədər universitetlərin bəziləri qəsəbədə fəaliyyətə başlayacaqlar?. İcra Hakimiyyətindən bu köçürülmənin nəinki Abşeronun, həm də qəsəbənin inkişafında böyük rol oynayacağı qənaətindədirlər: ?Bakıdakı tıxacları və əhalinin sıxlığı nəzərə alınaraq, bu addım atılır. Təbii ki, bu həyata keçirilən zaman rayonumuzun inkişafı xeyli yüksələcək?. Köçürülmə faktını Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi də dolayısı ilə təsdiqləyib: ?Bu məsələ artıq bir neçə ildir ki, müzakirə olunur. Amma bizdə həmin universitetlərin konkret Qobuya köçürüləcəyi ilə bağlı məlumat yoxdur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA