04-04-2009 [07:05]
[b]Metyu Brayza Bakida olarkən prezident İlham Əliyevin Türkiyə-Ermənistan sərhədinin açılmasından narahat olduğunu müşahidə edib [/b]
Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza növbəti dəfə Bakıda olub. Bu, mart ayından bəri amerikalı diplomatın Bakıya 3-cü səfəridir. Brayza həm Minsk Qrupunun həmsədri, həm dövlət katibinin köməkçisidir və o hər dəfə bir missiya ilə Bakıya gəlir. Ancaq Amerika mənbələrinin məlumatlarına görə, Brayzanın Bakıya son səfərləri təkcə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri ilə bağlı deyil, həm də bu məsələnin Türkiyənin Ermənistanla sərhədlərini açması ilə əlaqədardır.
Belə məlumatlar var ki, Türkiyə hökuməti Qarabağ münaqişəsi nizamlanmadan sərhədlərin açılmasına qarşı olan rəsmi Bakının mövqeyini yumşaltmaq üçün Vaşinqton vasitəsilə ona təsir göstərməyə çalışır. Ancaq bildirilir ki, Brayza bundan əvvəlki səfəri zamanı Bakıdan Türkiyə-Ermənistan razılaşması barədə sərt mesaj eşidib və onu Ankaraya çatdırıb. Amerika diplomatı Türkiyənin Ermənistanla münasibətlər qurmasının Qarabağ münaqişəsinin nizamlanmasına təsir edəcəyinə Bakını inandırmaq istəsə də ona bildiriblər ki, münaqişənin həllində konkret irəliləyişlər əldə olunmadan sərhədlərin açılmasını Azərbaycan qəbul edə bilməz.
Brayza BBC-yə verdiyi müsahibəsində ?Bakıdakı son danışıqlarda Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı barədə də söhbət etdinizmi? sualına da cavab verib:
- Gəlin məsələni düzgün konteksdə qoyaq. Mən Bakıya elə bir vaxtda gəlmişəm ki, Ermənistanla Türkiyədə sərhədin mümkün açılışı barədə bir gözlənti var, yəni iki ölkə arasında sərhədlərin açılmasına gətirib çıxara biləcək münasibətlərin qurulması üçün bir gözlənti var. Bu bizə imkan verərdi ki, regiondakı dinamikanı təkrar strukturlaşdıraq. Mən isə bu konteksdən çıxış edərək bura Dağlıq Qarabağı müzakirə etmək üçün gəlmişəm. Türkiyə-Ermənistan münasibətləri mənim işim deyil, çünki Amerika bu prosesdə iştirak etmir.
[b]Sual: Yaxşı, onda deyək ki, siz danışıqlardan Ermənistan və Türkiyə arasındakı həmin bu dinamikaya Azərbaycanın münasibətini hiss etdinizmi? [/b]
Mən imkan verərdim ki, buna Azərbaycanlıların özləri münasibət bildirsinlər. Məsələn dünən Azərbaycanın xarici işlər naziri bu barədə şərh verib, ola bilsin ki, bu gün də şərh verəcək. Hər hansı bir hökumətin adından münasibət bildirmək mənim vəzifəm deyil. Lakin mən onu hiss etdim ki, Azərbaycan prezidenti qarabağ münaqişəsinin çözümü prosesində konkret nəticələr əldə olunması barədə narahatdır. Belə nəticələrin əldə edilməsi üçün o, özünün Ermənistanlı həmkarl Serj Sarkisyanla bir neçə həftə ərzində görüşməlidir. Biz isə Minsk qrupunun həmsədrləri kimi müəyyən ideyaları toplamışıq. Bu ümidverici ideyalar artıq masa üstündədir. Mən ümid edirəm ki, qarşıdan gələb bir-iki həftə ərzində biz tərəqqiyə nail ola biləcəyik.
[b]Sual: Yaxşı, necə bildirsiniz Ermənistan-Türkiyə münasibətlərində, sizin haqqında danışdığınız dinamika Dağlıq Qarabağ münaqişəsinin çözümünə kömək edəcək, yoxsa, əksinə Azərbaycanlıları daha da qarşı-qarşıya qoyacaq? [/b]
Mən düşünürəm ki, bu, münaqişənin çözümünə kömək edə bilər və etməlidir. Əlbəttə, lakin mütləq deyil. Çünki erməni tərəfi başa düşəcək ki, Azərbaycan tərəfinə Türkiyə-Ermənistan münasibətlərində nə baş verirsə, bu Dağlıq qarabağ münaqişəsinin, Ermənistanın da can atdığı kimi nizamlanmasının asanlaşmasına xidmət göstərir. Mən indicə dedim ki, İlham Əliyev nizamlanmanın irəliləməsini istəyir. Bir həftə bundan əvvəl Ermənistanda olarkən mən eyni niyyəti prezident sarkisyanda da gördüm. Başqa sözlərlə desək, prezidentlər bir-birinə qarşı müəyyən dərəcədə hörmət aşılayıblar. Mən onlarda sövdələşəmə etmək həvəsi gördüm. Mən hiss etdim ki, Qarabağ danışıqlarına Türkiyə Ermənistan münasibətlərinin təsiri məsələsinə Ermənistan prezidfenti də məhz belə yanaşır.
[b]
Sual: Mən sizdən Azərbaycanın adından danışmağınızı istəmirəm, lakin məsələyə Amerika mövqeyindən baxsaq, sərhədlərin açılması, nəqliyyat və kommunikasiyaların bərpası kimi müsbət baxılmalıdır, digər tərəfdən, necə bildirsiniz, əksinə, bu, Azərbaycanı qəzəbləndirərək Nabukoya qaz vermək fikrindən daşındıra bilməzmi? [/b]
Bu, məsələyə hipotetik yanaşmadır. Əlbəttə, mən sizin sualınıza hörmət edirəm və bilriəm ki, siz bu sualdan nə çıxarmaq istəyirsiniz...Lakin mən Azərbaycanın mümkün reaksiyası haqqında nəsə deməkdə tərəddüd edirəm. Mənim əlbəttə, bu barədə öz fikirlərim var. Lakin mən əvvəlcədən bu barədə heç bir şərh verə bilmərəm. Bu müxtəlif xətlər üzrə inkişaf edən mürəkkəb danışıqlardır. .Mən mümkün hadisələri öz ixtiyarına buraxıram. Vəssəlam. Azərbaycanın özünün həmişə bizim hamımıza mühüm partnyor olduğunu nümayiş etdirib. Türkiyəyə də. Neft və qazın nəqli ilə, və indi isə Avropa İttifaqına, yəni Yunanıstana qazın nəqli ilə partnyorluğunu nümayiş etdirib. Biz ancaq onu etməyə çalışırıq ki, bu istiqamət davam etsin.
[b]Sual: Prezident Barak Obama Türkiyəyə səfər edəcək. Necə bilirsiniz, Dağlıq Qarabağ Türkiyədəki müzakirələrin hər hansı şəklində tərkibində olacaqmı?[/b]
Ümid edirəm ki, bu, belə olsun, çünki Dağlıq Qarabağ məsələsində, Ermənistan-Türkiyə münasibətlərində tərəqqi bu danışıqlar zamanı hamının beynində olacaq. Danışıqlar texniki xarakter daşıyır. Türkiyə Minsk qrupunun üzvüdür, lakin həmsədr deyil. Odur ki, mən bu barədə hər hansı təfərrüatlı müzakirə olacağını gözləmirəm. Lakin hər iki istiqamətdə - Dağlıq Qarabağ və Ermənistan-Türkiyə istiqamətində inkişafa nail olmaq hamının fikrində olacaq.