Komitə sədri Kərəm Həsənov müharibə veteranlarını narazı salıb

img

03-04-2009 [09:01]


Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi qərargahdan çıxarılır. Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi birliyə qərargahı tərk etməsi üçün bir gün vaxt verib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (mia.az) qurumun sədri Füzuli Rzaquliyev məlumat verib. Onun sözlərinə görə, bu xəbər birlik üçün çox gözlənilməz oldu: ?Mən başqa bir yerdə tədbirdə idim. Bizdə nəzarətin sədri Nizami Quliyev zəng vuraraq məlum məsələni nəzərimə çatdırdı. Guya onlar bizə Nizami metrosunun yanında ikiotaqlı yer ayırıblar. Biz bununla bağlı Əmlakda şöbə müdiri Yusif Qəmbərovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirəcəyik. Ümumiyyətlə, biz bu ofisdə 1995-ci ildən fəaliyyət göstəririk. Burada 64 mindən çox müharibə əlili və şəhid ailələri cəmləşib. Biz bunu hörmətsizlik kimi qiymətləndirirk. Birliyimiz 1997-ci ildən bəri Əmlak Komitəsinə bir neçə dəfə müraciətlər etmişik. Lakin guya hörmət əlaməti olaraq, bizlə müqavilə bağlamırlar. Son bir ildə 20-yə yaxın müraciət etmişik və onların hamısının cavabları da var. Bununla bağlı artıq cənab prezidentimizə müraciətmiz hazırdır. Bizim qərargahdan çıxarılmağımız heç bir qanuna və məntiqə sığmır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA