Mübariz Mənsimovun Baloğlan Əzrəfovun konsertinə qatılacağı gözlənilir

img

03-04-2009 [07:15]


Əməkdar artist Baloğlan Əşrəfov konsertə hazırlaşır. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə (mia.az) müğənninin özü verib. Aprelin 21-də baş tutacaq konsertdə B.Əşrəfov tamaşaçılarını yeni mahnılarla sevindirəcək. Onun sözlərinə görə, həmin gün tamaşaçıları bir neçə sürprizlər gözləyir. ?İkinci nəfəs? adlı layihədə bir neçə duet ifa edən sənətçi bu dəfə Mətanət Əsədova ilə yanaşı, daha bir neçə müğənni ilə duet oxuyacağını söylədi. Qeyd edək ki, konsertə başqa ölkələrdən qonaqlar da dəvət olunub. Onların arasında ?palimali? şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun da olacağı bildirilir. Bu barədə sualımızı cavablandıran Baloğlan Əşrəfov isə ?Bu barədə hələlik bir söz deyə bilmərəm? - söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA