Oqtay Əsədovla Nurzirəvan Məhərrəmli Milli Məclisdə ?atızdı?

img

03-04-2009 [04:28]


Milli Məclisin bugünkü iclasında ?Televiziya və radio yayımı haqqında? qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı bəzi deputatlar televiziya aparıcılarının ünvanına ciddi tənqidlər səsləndiriblər. Onlar həmçinin qanuna edilən dəyişikliklə televiziya reklamlarının yayımına gətirilən məhdudiyyəti və Milli Teleradio Şurasının bundan əvvəl çıxardığı, Türkiyə film və seriallarının dublyajsız yayımını qadağan edən qərarını tənqid ediblər. Aparıcıların nitqindəki qüsurlarla bağlı tənqidlərə Milli Məclisin sədri Oqtay Əsədov da qoşulub. O bildirib ki, əvvəllər diktorluq şərəfli peşə sayılırdı, aparıcıların danışığı və xarici görkəminə fikir verilirdi: ?İndi isə bu sahədə çox ciddi problemlər var. Bu məsələ ciddi şəkildə həll olunmalıdır?. Deputatların tənqidlərini cavablandıran Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə bir çox iradı əsassız adlandırıb. O qeyd edib ki, şura deputatların qəbul etdiyi qanunlarla işləyir: ?Təəssüf ki, bəzi deputatlar özlərinin qəbul etdiyi qanunun mahiyyətini başa düşmürlər?. N.Məhərrəmlinin bu sözü O.Əsədovun əsəbləşməsinə səbəb olub. Spiker Milli Teleradio Şurasının sədrini sözlərinə diqqət yetirməyə çağırıb: ?Mən bayaqdan aparıcıların nitqindəki qüsurlardan danışırdım. Amma indi baxıram ki, əsas problem Milli Teleradio Şurasından qaynaqlanır. Siz Milli Məclisdə danışırsınız. Bir balaca danışığınıza fikir verin. Belə səhvlərə yol verməyin. O nə deməkdir, deputatlar başa düşmür? Burda oturanların hamısı sizdən yaxşı başa düşür?. ?Bəzi müxalifət deputatları bizim səlahiyyətlərlə bağlı firkirlər söylədilər. Sabir Rüstəmxanlı və Pənah Hüseyn bizim səlahiyyətlərin nədən ibarət olduğunu bilmirlər. Mənim dediklərim də onlara aiddir?. Milli Televiziya və Radio Şurasının sədri Nüşrəvan Məhərrəmli bu gün Milli Məclisdə spiker Oqtay Əsədovun ona olan iradları ilə bağlı ?Media forum? saytının sualını cavablandırarkən belə deyib. N.Məhərrəmli qeyd edib ki, deputatların qaldırdığı məsələləri həyata keçirmək üçün əvvəlcə Milli Teleradio Şurasına səlahiyyətlər verilməlidir: ?Onlar elə bilirlər ki, biz dövlət qurumu kimi fəaliyyət göstəririk. Mən buna təəssüf edirəm?. N.Məhərrəmlinin parlamentdə söylədiyi ?bəzi deputatlar özlərinin qəbul etdiyi qanunun mahiyyətini başa düşmürlər? sözlərinə Milli Məclisin sədri O.Əsədovun sərt reaksiya verməsinə gəlincə, Milli Teleradio Şurasının rəhbəri ?Media forum?a bildirib: ?Oqtay müəllim mənim sözlərimi bütün deputatlara aid etdi. Mən buna təəssüf edirəm. Mənim dediklərim adlarını çəkdiyim deputatlara aid idi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA