Həkimlərin lisenziyalazdırılmasına diqqət artacaq

img

03-04-2009 [02:37]


[b]Gələcəkdə attestasiyanın məcburi xarakter alması da mümkündür [/b] Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsindən bildirilib ki, 2009-cu ildə bu qurum üçün prioritet məsələlərdən biri həkimlərin lisenziyalaşdırılmasıdır. Söhbət həkimlərin praktiki fəaliyyətlə məşğul olmaq hüququ qazanmaq üçün imtahan verməsindən gedir. Səhiyyə Nazirliyindən bildirilib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da həkimlərin hamısı beş ildə bir dəfə praktiki fəaliyyətlə məşğul olmaq hüququ qazanmaq üçün attestasiyadan keçməlidirlər. Bunun üçün onlar oxumalı, öz üzərlərində çalışmalı, biliklərini artırmalıdırlar. Nazirlikdə hesab edirlər ki, həkimlərin lisenziyalaşdırılması böyük, çox əmək və vaxt tələb edən məsələdir. Bu proses mərhələ-mərhələ həyata keçiriləcək. Nazirliyin kadrlar, elm və təhsil şöbəsindən MİA-ya deyilib ki, lisenziyalaşdırılma mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində işləyən həkimlərə aid ediləcək. Çünki Səhiyyə Nazirliyinin araşdırmaları zamanı məlum olub ki, bəzi özəl klinikalarda güclü mütəxəssislərlə yanaşı, hazırlıq səviyyəsi aşağı olan həkimlər də var. Tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi hələlik könüllülük prinsipi əsasında keçirildiyindən özəl səhiyyə ocaqlarında çalışan həkimlər bu prosesə qatılmaqdan yayınırlar. Ona görə də gələcəkdə attestasiyanın məcburi xarakter alması mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA