ilham Əliyev referendum aktini Venesiya komissiyasina göndərdi

img

02-04-2009 [06:11]


Prezident Referendum Aktının qüvvəyə minməsi üçün müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb Prezident İlham Əliyev Konstitutsiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması bu gün sərəncam imzalayıb. Qaynar.info-nun AzərTAc dövlət informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, sərəncamda Konstitusiyanın 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini 6 ay müddətində hazırlanıb Prezidentə təqdim olunması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabinetinə dörd ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Referendum Aktına uyğunlaşdırılmasını təmin etmək də tapşırılıb. Prezident Administrasiyası dörd ay müddətində Konstitusiyanın 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci və 149-cu maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməlidir. Prezident Administrasiyasına Konstitusiyanın 17-ci, 25-ci, 32-ci, 48-ci, 71-ci, 72-ci, 84-cü, 96-cı, 101-ci, 125-ci, 129-cu, 131-ci, 146-cı və 149-cu maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq qanun layihələrini Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına (Venesiya Komissiyasına) ekspert rəyinin alınması üçün təqdim edilməsi tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA