Həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova aprelin 7-də Bakıya gələcəklər

img

02-04-2009 [04:56]


[b]Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin monitorinqinin aparılması ilə bağlı AŞPA həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova 7-11 aprel tarixlərində ölkəyə fakt-araşdırıcı səfər edəcəklər. [/b] AŞ-nın Azərbaycandakı İnformasiya Ofisindən verilən məlumata görə, səfər çərçivəsində onlar Prezident, Milli Məclisin sədri, xarici işlər və ədliyyə nazirləri, iqtidar və müxalifət partiyalarının nümayəndələri, jurnalistlər, səfirlər və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Həmməruzəçilər həmçinin Naxçıvan Muxtar Respublikasına da səfər edəcəklər. Səfərin yekunda onlar Azərbaycanın Avropa Şurası qarşısında götürmüş olduğu öhdəliklərin icrası ilə bağlı hesabat hazırlayacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA