Bu il 1308 müəllim ucqar bölgələrə təyinat alacaq

img

02-04-2009 [01:43]


Ucqar böləgərdəki müəllim çatışmazlığı problemi hələ də qalmaqdadır. Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən MİA-ya bildirilib ki, 2005-ci ildən həyata keçirilməsinə başlanılan ?Ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı? bu il başa çatacaq. Proqrama əsasən 2005-2008-ci illərdə ucqar kənd məktəblərinə güzəştli şərtlərlə işləmək üçün 4788 müəllim göndərilib. Onlardan 1308-i ötən il təyinat alıb. Nazirlikdən bildirilib ki, proqramın başa çatacağı 2009-cu il ərzində daha 1308 müəllimin ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tutulur. Təhsil Nazirliyindən onu da deyiblər ki, ucqar bölgələrdəki təhsil ocaqlarının kadr problemi bu il də tam həllə edilməyəcək və bu səbəbdən də yeni Dövlət Proqramının hazırlanacağı istisna olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA