Elmar Məmmədyarovun Gürcüstan səfəri davam edir

img

01-04-2009 [09:02]


[b]XIN rəhbəri səfər çərçivəsində Tiflisdə bir sıra rəsmi görüşlər keçirəcək [/b] Xəbər verildiyi kimi, aprelin 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Tiflisə rəsmi səfərə gedib. Səfər çərçivəsində E.Məmmədyarov Gürcüstan Prezidenti Mixail Saakaşvili, Baş nazir Nika Qilauri və xarici siyasət idarəsinin rəhbəri Qriqol Vaşadze ilə görüşəcək. Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlikləri arasında 2009-cu il üçün Məsləhətləşmələr Planının imzalanacağı gözlənilir. Görüşlərin yekunlarına dair Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri gürcüstanlı həmkarı ilə mətbuat konfransı keçirəcək. Aprelin 2-də nazir Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin Tiflisdəki büstü, həmçinin Gürcüstanın müstəqilliyi uğrunda şəhid olanların abidələri önünə əklil qoyacaq. Səfər aprelin 3-də başa çatacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA