"irəli" ictimai birliyi Fransa səfirliyi qarzısında icazəsiz aksiya keçirməyə cəhd edib

img

31-03-2009 [03:56]


[b]Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyaya mane olub [/b] Bu gün "İrəli" ictimai birliyi 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı Fransanın Bakıdakı səfirliyi qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərib. İcazəsiz keçirilən aksiyaya hüquq-mühafizə orqanları mane olsa da, ictimai birliyə səfirliyə bəyanatlarını çatdırmağa imkan yaradılıb. Bəyanatda qeyd olunur ki, XIX əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülmüş ermənilər həmin yüzilliyin sonlarından etibarən ?böyük Ermənistan? xülyasını reallaşdırmaq məqsədi ilə Azərbaycan ərazilərində zaman-zaman terror aktları törədiblər. "Erməni terroru nəticəsində hələ 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Muğanda, Qubada, Lənkəranda minlərlə azərbaycanlı qətlə yetirilib. XX əsrin sonlarında keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox insan öz doğma yurd-yuvasından didərgin salınıb, 20 min nəfər qətlə yetirilib, torpaqlarımızın 20 faizi işğal olunub. Beynəlxalq birliyin hadisələrə laqeyd və etinasız münasibəti nəticəsində azğınlaşan təcavüzkar Ermənistan daha böyük cinayət ? Xocalı soyqırımını törədib. Beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən zorakılığa obyektiv hüquqi-siyasi qiymət verməli, cinayətkarlar öz cəzasını almalıdır. Bütün bunların müqabilində bəzi dövlətlərin və beynəlxalq təşkilatların XX əsrin əvvəllərində baş verdiyi iddia olunan, lakin heç bir tarixi faktla təsdiqlənməyən uydurma ?erməni soyqırımı? ilə bağlı qərarlar qəbul edib. Azərbaycan gəncliyinin nümayəndələri olaraq bu addımı pislədiyimizi bəyan edirik. Bildirmək istəyirik ki, heç bir əsası olmayan sənədlərlə guya soyqırıma məruz qaldığını sübuta yetirməyə çalışan Ermənistanın törətdiyi əməllərə dünya birliyi layiqli cavab verməlidir. İRƏLİ İctimai Birliyi olaraq bütün dünya dövlətlərini haqq-ədalətin bərpası üçün daha obyektiv qərarlar qəbul etməyə, bu tarixi ədalətsizliyə son qoymağa, təcavüzkar Ermənistana qarşı sanksiyalar tətbiq etməyə, azərbaycanlıların məruz qaldığı terror və soyqırımı aktlarına hüquqi və siyasi qiymət verməyə çağırırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA