Azərbaycanda dini ekstremizə meylli zəxslər nəzarətdədir

img

31-03-2009 [02:17]


Son bir ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 102 dini icma qeydə alınıb. Dövlət Komitəsindən MİA-ya verilən məlumata görə, evlərdə fəaliyyət göstərən dini icmaların hüquqi ünvanlarının məscidlərə keçirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Hazırda ölkədə 529 dini icma qeydiyyatdadır. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda zərərli dini təriqətlərin təbliğatı və yayılması ilə məşğul olanların aşkarlanması məqsədilə hər zaman müvafiq tədbirlər həyata keçirilməkdədir. Sözügedən sahədə respublika üzrə əməliyyat şəraitinin daim izlənməsi, lazımi təhlillər əsasında adekvat tədbirlərin müəyyən edilməsi məqsədilə DİN-də xüsusi işçi qrupu yaradılıb və hazırda fəaliyyət göstərir. Nazirlikdə dini eksterimizmə meyilli şəxslərin məlumat bazası yaradılıb ki, orada da onların şəxsiyyəti, əlaqələri haqqında geniş informasiya toplanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA