?Qarabağ və Respublika Uğrunda Hərəkat? MSK-nın qərarından zikayət edəcək

img

30-03-2009 [08:07]


[b]Arif Hacılı: ?Mərkəzi Seçki Komissiyasının yekun qərarını aldıqdan dərhal sonra iddia ərazisi hazırlanacaq? [/b] ?Qarabağ və Respublika Uğrunda Hərəkat? təşviqat qrupu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilmiş referendumla bağlı yekun qərarı barədə məhkəməyə müraciət edəcək. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə (MIA) məlumat verən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, MSK müxalifəti təmsil edən Təşviqat qruplarının seçki pozuntuları ilə bağlı müraciətlərini birtərəfli qaydada araşdırıb və baş verən pozuntulara adekvat qiymət verməyib. Müsavat yetkilisi onu da vurğulayıb ki, əslində MSK-nın keçirdiyi bu yığıncaq referendumun ən önəmli iclası idi, amma bu toplantı müxalifətdən olan təşviqat qruplarına xəbər verilmədən keçirilib: ?Hesab edirəm ki, Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərar qeyri-qanuni qərardır, çünki bizim müşahidəçilərimizin verdiyi məlumata görə, referendumda qanunun tələb etdiyi 25 faizi iştirak etməyib. Bu baxımdan Azərbaycanda referendum baş tutmayıb. MSK-nın yekun qərarını aldıqdan dərhal sonra iddia ərazisi hazırlanacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA