Hər il 100 mindən çox zəxs sürücülük vəsiqəsi alır

img

30-03-2009 [04:56]


[b]Ölkəmizdə 1 milyon 500 mindən çox sürücülük vəsiqəsi olan vətəndaş var [/b] Azərbaycanda avtomobil sahibi olmaq üçün sürücülük vəsiqəsi almaq istəyənlərin sayı sürətlə artmaqdadır. DİN Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcdovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, 2008-ci ildə hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı və sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu davam etdirilib. Ötən il ərzində BDYPİ tərəfindən 87792 avtomobil ilkin qeydiyyata alınıb, vətəndaşlara 133733 sürücülük vəsiqəsi verilib. Ümumilikdə hazırda ölkəmizdə 900 mindən çox avtomobil qeydiyyatdadır. Sürücülük vəsiqəsinə malik olan vətəndaşların sayı isə 1,5 milyon nəfərdən çoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA