Birləzmiz müxalifət hakimiyyətə nəzarət etmək istəyir

img

30-03-2009 [04:29]


?Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərkatına daxil olan altı partiyanın arasında intensiv məsləhətləşmələr gedir. Məqsəd bu partiyaların əməkdaşlığını daha sıxlaşdırmaq, dayanıqlı və uzunmüddətli etməkdir. Hazırda bu istiqamətdə liderlər müzakirə aparır və konkret sənədlər üzərində iş gedir?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə (MİA) sözügedən hərəkata daxil olan Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib. Onun fikrincə, ilkin məqsəd hakimiyyət ornaqlarına, nazirliklərə ictimai nəzarəti gücləndirməkdir: ?Korrupsiyaya qarşı mübarizə komissiyasında, Hesablama Palatasında, Milli Məclisin və onun daimi komissiyalarının rəhbərliyində müxalifətin təmsil olunması məsələləri hazırda hərəkatın gündəmindədir. Bundan əlavə, Konstitusiya reformalarının gerçəkləşdirilməsi, Azərbaycanın hələlik prezident-parlament respublikasına çevrilməsi, proporsional seçki sisteminin bərpa olunması, hökumətin parlament seçkilərində qalib gəlmiş partiya və bloklar tərəfindən formalaşdırılması, həmçinin onun parlament tərəfindən istefaya göndərilməsi, Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması və bələdiyyə seçkilərində müttəfiq kimi iştirakın reallaşdırılması məsələləri müzakirə olunur. Partiyalar şifahi şəkildə razılığa gəliblər ki, iqtidarın müxtəlif vasitələrlə, o cümlədən müxalif imicli KİV-lər vasitəsi ilə parçalanmaya yönəlmiş təxribatlarına uyulmasın?. Əvəz Temirxan onu da qeyd edib ki, müxalifət hakimiyyət orqanları üzərində nəzarəti həyata keçirməyə nail olarsa, bu, ölkədə korrupsiyanın azalmasına, sahibkarlığın inkişafına, işsizliyin minimuma endirilməsinə, xalqın həyat səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA