Xanım Xəlilova Yunanıstanda olub

img

28-03-2009 [10:32]


[b]Azərbaycanlı alim Batı Trakyada Dağlıq Qarabağ münaqişəsindən danışıb [/b] Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Xanım Xəlilova mart ayının ikinci yarısında qonşu ölkədə təşkil olunan bir sıra maraqlı tədbirlərdə iştirak edib. Bu barədə "Reytinq"ə X.Xəlilova özü məlumat verib. X.Xəlilova deyib ki, bu günlərdə Aksaray Polis Məslək Yüksək Okulunda keçirilən konfransda geniş məruzə ilə çıxış edib: "Tədbirdə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri vəhşiliklər və azərbaycanlı qaçqınların vəziyyəti barədə ətraflı məlumat verdim". X.Xəlilova Yunanıstanın Batı Trakya bölgəsində yaşayan türklərlə də görüşüb. O, bu səfərə Türkiyə Böyük Millət Məclisinin başqanı Köksal Toptanın xanımı Saimə Toptanla birlikdə gedib. Trükiyədən gedən nümayəndə heyəti əvvəlcə Batı Trakya türklərinin mərhum lideri Sadıq Əhmədin məzarını ziyarət ediblər. Sonra isə bölgədə yaşayan 1000-ə yaxın qadının iştirakı ilə tədbir keçirilib. X.Xəlilova bu tədbirdə çıxış edərək, azərbaycanlı qadınların keçdiyi şanlı mübarizə yolundan danışıb: "Çıxış zamanı həmçinin erməni təcavüzü nəticəsində yüzlərlə azərbaycanlı qadının qətlə yetirilməsi, məcburi köçkün həyatı yaşayan xanımlarımızın üzləşdikləri problemlər barədə də məlumat verdim".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA