Müxalifətin kütləvi aksiyaları gündəmdədir

img

28-03-2009 [07:58]


[b]Arif Hacılı: ?Hakimiyyəti xalqın fundamental hüquq və azadlıqlarını təmin etməyə məcbur edəcəyik?[/b] ?Hakimiyyətin ölkədə sərbəst toplaşmaq azadlığını bütövlükdə ləğv etməsi ilə barışmaq qeyri-mümkündür. Çünki sərbəst toplaşmaq hüququ fundamental hüquqlardan biridir. Bu gün müxalifət bir araya gəlib və kütləvi aksiyaların keçirilməsi üçün kifayət qədər əsaslar var, çünki həm siyasi, həm iqtisadi böhran Azərbaycan cəmiyyətini bürüyüb. Eyni zamanda hazırda Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda da müəyyən narahatçılıqlar mövcuddur. Ona görə də kütləvi aksiyaların keçirilməsi yollarının tapılması məsələlərinin müzakirə olunması təbiidir?. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumat verən Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arfi Hacılı da bildirib ki, müxalifət olaraq istənilən halda sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəni davam etdirəcəklər. Müsavat yetkilisi onu da qeyd edib ki, kütləvi aksiyalar məsələsi hələlik müzakirə mərhələsindədir. Onun sözlərinə görə, yəqin ki, yaxın müddətdə hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq hüququnu tanımağa məcbur etmək üçün daha ciddi addımlar atılacaq, ancaq bu, nə vaxt baş verəcək hələlik məlum deyil: ?Söhbət Konstitusiya və qanunlara uyğun olaraq, belə tədbirlərin keçirilməsi mümkün olan küçə və meydanlarda kütləvi aksiyaların keçirilməsindən gedir. Yəni biz Ən azından hakimiyyəti fundamental hüquq və azadlıqlara təmin etməyə məcbur edəcəyik. Hesab edirəm ki, bu, həm müxalifətin, həm də cəmiyyətin hüququdur?. Referendumun nəticələrini qeyri-legitim hesab edən müxalifətin narazılığını aktiv şəkildə bildirməməsinə gəlincə, A.Hacılı narazılıqlarını bundan sonra da bildirəcəklərini söylədi: ?Referendum zamanı məlum oldu ki, Azərbaycan hakimiyyətinin cəmiyyətdə nəinki ciddi, hətta qeyri-ciddi dayaqları mövcud deyil. Yalnız administrativ resurslarının hesabına bugünkü hakimiyyət öz iqtidarın qoruya bilib. Təbii ki, bu referendumdan dərhal sonra kütləvi aksiyaların keçirilməsi məsələləri müzakirə oluna bilərdi. Ancaq referendumsonrasnın bayran günlərinə təsadüf etməsi bunu bir qədər çətinləşdirdi. Bəlkə də bu. Təsadüfi deyildi, əvvəlcədən düşünülmüş şəkildə referendum məhz həmin günə təyin olunmuşdu. Digər tərəfdən də hazırda cəmiyyətdə ciddi bir mübarizə əhval-ruhiyyəsinin və hərəkat zərurətinin olmaması referendumdan dərhal sonra kütləvi etirazların başlaması ilə nəticələnmədi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA