çanaqqalada Şəhid olmuz azərbaycanlıların xatirəsi əbədiləzdiriləcək

img

28-03-2009 [03:23]


Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və professor Vaqif Arzumanlı bu münasibətlə Türkiyənin Baş naziri Rəcəb Teyyub Ərdoğan, Müdafiyə naziri, Vecdi Gonül, və Çanaqqala valisi və digər dövlət rəsmilərilə görüşmüşdür. Hər il mart ayının 18-də bütün Türkiyə tarixi Canaqqala döyüşlərinin ildönümünü böyük təntənə ilə qeyd edir. Çanaqqala döyüşləri türk xalqının və Türkiyə hərb tarixinin ən ağır ən şərəfli səhifələrindəndir. 1915-ci ildə Birinci Dünya Müharibəsi illərində Antanta birliyi (bura əsasən Böyük Britaniya, Fransa, Avstraliya və Yeni Zenlandiya hərbi qüvvələri daxil idi) kimi güclü donanmaya malik hərbi qoşunlar Türkiyəni məhf etməyə, bunun üçün ilk növbədə Dardanel və Bosfor boğazında qeyri-bərabər döyüşlərdən qalib çıxmış və türk dünyasının görkəmli öndəri qazı Mustafa Kamal Paşanın başçılığı ilə türk əsgərinin nəyə qadir olduğunu bütün dünyaya bir daha sübut etmişdir. Ən maraqlısı odur ki, məşhur Çanaqqala döyüşlərində türk qardaşlarımızla çiyin-çiyinə xeyli sayda azərbaycanlı da könüllü olaraq düşmənə qarşı vuruşmuş və şəhid olmuşlar. Təəssüf ki, indiyə qədər həmin qəhrəman qazilərimiz və şəhidlərimiz barədə həm Azərbaycanda, həm də Türkiyədə cox az bilirlər. Nə Türk, nədə Azərbaycan ictimaiyyətinə bu barədə dəqiq və ətraflı məlumat verilməyib. ?Beynəlxalq Diaspora Mərkəzi? (Bakı) və ?Azərbaycanlılar Dayanışma Dərnəyi? (İstanbul) 1915-ci ildə Çanaqqalada şəhid olmuş azərbaycanlıların qəhrəmanlıqları barədə məlumatların əldə edilməsi, tapılması və dəqiqləşdirilməsi barədə xeyli vaxtdır ki, konkret işlər görməyə başlayıb. Bu sahədə atılan ilk addım Çanaqqala döyüşlərində Türkiyənin düşmən işğalına qarşı ölüm-dirim müharibəsində canlarını qurban vermiş azərbaycanlıların şərəfinə hazırlanmış bukletdir. Bu il Çanaqqala döyüşlərinin 94-cu il dönümü keçirilmişdir. Həmin tədbirlərdə iştirak etmək üçün Beynəlxalq Diaspora Mərkəzi (BDM) və Azərbaycanlıların Dayanışma Dərnəyi (ADD) nümayəndə heyəti bu tədbirlərə qatılmışdır. Bu məqsədlə BDM-in və ADD-nın təmsilçiləri martın 18-də İstanbuldan 356 km qərbdə yerləşən Çanaqqalada ən yüksək səviyyədə keçirilən bütün tədbirlərdə iştirak etmişlər. Çanaqqalada dövlət səviyyəsində keçirilən tədbirlər səhər tezdən şəhərin mərkəzində - Atatürkün adını daşıyan meydanda Çanaqqala qəhrəmanlarının şərəfinə xatirə çələnglərinin qoyulması ilə başlamışdır. Bu tədbir zamanı ilk dəfə olaraq (94 il ərzində) Azərbaycan xalqı adından əklil qoyulmuşdur. Azərbaycanlı şəhidlərin şərəfinə əklili BDM-nin sədri İsmayıl Ağayev və ADD-nin sədr müavini Zəfər Çağatay qoymuşlar. Sonra tədbirlər Çanaqqala şəhər stadionunda davam etdirilmişdir. Türkiyənin Baş naziri, cənab R.T. Ərdoğanın və ölkənin digər rəsmilərinin də qatıldığı tədbirlərdə ilk dəfə olaraq Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak etmiş və tədbirlərdə ilk dəfə Azərbaycan bayrağı dalğalanmışdır. Günortadan sonra gəmi ilə Dardanel boğazının sağ sahilinə (əsas döyüşlər məhz burada keçirilmişdir) keçərək 25 km bir ərazidəki döyüş yerlərini gəzmişlər. Burada Çanaqqala döyüşlərinin xatirəsinin əbədiləşdirən abidə-postamet və qəhrəman türk əsgərlərinin uyuduğu qəbirlərin, məzarlığın (belə məzarlıqların sayı 30-dan çoxdur) yanında ucaldılmış xatirə kompleksin önündə növbəti möhtəşəm tədbir düzənlənmişdir. Bu tədbirdə də Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak etmişdir. Gün ərzində Çanaqqala döyüşlərinin 94-cü il dönümünə həsr edilmiş bütün tədbirlərdə yaxından fəal iştirak edən Azərbaycan nümayəndə heyət üzvlərinə Türkiyə mediyası yaxından maraq göstərmişdir. Ən maraqlısı odur ki, nümayəndə heyətinin üzvləri BDM-nin sədri İsmayıl Ağayev və professor Vaqif Arzumanlı fürsətdən istifadə edərək Türkiyənin Baş naziri R.T. Ərdoğan, Türkiyə Müdafiə naziri, Vecdi Gönül, Çanaqqala Bələdiyyəsinin sədri, Çanaqqala valisi və bəzi digər rəsmilərlə görüşə bilmişlər. Həmin görüşlər zamanı Türkiyə rəsmiləri Azərbaycandan gələn qonaqları çox yüksək qiymətləndirmiş və Azərbaycan nümayəndə heyətinə böyük qayğı və sayğı göstərmişlər. Azərbaycanın bir çox bölgələrindən olan şəhidlər hazırda Çanaqqaladakı ayrı-ayrı məzarlıqlarda uyuyurlar. Buna görə də Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək çox vacibdir. Türkiyəli rəsmlər bu təklifi çox bəyənmiş və köməkçi olaraq nə lazımsa onun həyata keçirilməsinə razılıq vermişlər. Konkret olaraq Türkiyə rəsmilərinə edilən təklif Çanaqqalada azərbaycanlı şəhidlərin şərəfinə xatirə töhfəsinin hazırlanması və ucaldılması təklifi bəyənilmişdir. Türkiyə rəsmiləri həm də bundan sonra hər il keçiriləcək Çanaqqala tədbirlərində Azərbaycan nümayəndə heyətinin də iştirakını vacib sayaraq bu tədbirlərdə azərbaycanlıların da qatılmasını təklif etmişlər. Beləliklə qarşılıqlı ilkin razılığa görə Çanaqqalada Azərbaycanlı şəhidlərin xatirəsi əbədiləşdiriləcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA