Azərbaycan yay vaxtına keçir

img

28-03-2009 [11:42]


Saat 04:00-da saatların əqrəbləri bir saat irəli çəkiləcək Azərbaycan yay vaxtına keçməyə hazırlaşır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyindən verilən məlumata görə, martın 29-da saat 04:00-da saatların əqrəbləri bir saat irəli çəkiləcək. Bununla da, ölkədə qış vaxtı ləğv ediləcək. Xatırladaq ki, yay və qış vaxtına keçid Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən, hər il mart və oktyabr aylarının sonuncu bazar günü həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA