Azay Quliyev Romada Qarabağdan danızıb

img

26-03-2009 [06:58]


Xəbər verildiyi kimi martın 23-dən 26-dək İtaliyanın paytaxtı Romada ?Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolu? mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev konfransda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş vermə səbəbləri, acı nəticələri, ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumat vermiş, təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələri hələdə yerinə yetirmədiyini diqqətə çatdırmışdır. Azərbaycanın problemin həlli ilə bağlı mövqeyindən danışan A.Quliyev demişdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri çərçivəsində öz həllini tapmalıdır və buna alternativ yoxdur. Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli, yurd-yuvalarını məcburi olaraq tərk etmiş azərbaycanlı əhali öz evlərinə qaytarılmalı və münaqişədən əvvəlki demoqrafik vəziyyət bərpa edilməlidir. Yalnız bu addımlardan sonra erməni və Azərbaycan icmalarının iştirakı ilə Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Milli Məclisin deputatı onu da diqqətə çatdırmışdır ki, Azərbaycan regionda daimi və ədalətli sülhün əldə edilməsi üçün hələ də danışıqların davam etməsinin tərəfdarıdır və Avropa təhlükəsizliyinin əsasının bir hissəsi kimi regional sülh və sabitlik naminə Ermənistandan da konstruktiv və ədalətli yanaşma gözləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA