QAT kütləvi informasiya vasitələrini həmsədrləri boykot etməyə çağırıb

img

26-03-2009 [05:11]


Qurumun yaydığı bəyanatda həmsədrlərin fəaliyyətinin Qarabağdakı qondarma rejimin legitimləşdirilməsinə yönəldiyi bildirilir Qarabağ Azadlıq Təşkilatı (QAT) Ağsaqqallar Şurasının iclası keçirilib. QAT-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda Qarabağ danışıqlarının gedişi, Minsk qrupu həmsədrlərinin fəaliyyəti, Türkiyə-Ermənistan yaxınlaşması, Rusiya antiazərbaycan mövqeyi, hərbi yolun labüdlüyü və digər məsələlərə dair müzakirələr keçirilib. İclasda bir sıra qərarlar və bəyanat qəbul edilib. Ağsaqqallar Şurasının bəyanatında göstərilir ki, Minsk qrupu həmsədrlərinin fəaliyyəti obyektivlikdən çox uzaq olmaqla Azərbaycanın birtərəfli güzəştlərə məcbur edilməsinə, Ermənistanın işğalçı niyyətlərinin təmin olunmasına, Qarabağdakı qondarma rejimin legitimləşdirilməsinə yönəlib. Bunun üçün də həmsədrlərin təklif etdikləri Madrid prinsipləri birmənalı şəkildə rədd edilməli, həmsədrlərin, xüsusilə də, işğalçı Ermənistanı silahlandıran Rusiyanın ?vasitəçilik xidmətlərindən? imtina edilməlidir. Sənəd müəllifləri həmçinin kütləvi informasiya vasitələrini ermənipərəst mövqedə dayanan yalançı vədləri ilə Azərbaycan cəmiyyətinin aldadılmasına çalışan həmsədrləri boykot etməyə, onların cəfəng fikirlərinin cəmiyyətə çatdırılmasında vasitəçi olmamağa çağırıblar. Bəyanatda vurğulanır ki, Azərbaycan iqtidarı həddən artıq uzun müddətdə davam etdirilən mənasız danışıqlara son qoymalı və işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. Qarabağ Azadlıq Təşkilatı Ağsaqqallar Şurası bir sıra məsələlərin qurumun Ali Məclisinin martın 28-də keçiriləcək iclasında müzakirə olunması təklifi ilə də çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA