Eldar Namazov Vyanadadır

img

26-03-2009 [04:04]


[b]ANİF prezidenti iki gün sonra Bakıya qayıdacaq [/b] Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Avstriyanın paytaxtı Vyanada səfərdədir. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə E.Namazovun özü verib. ANİF prezidenti deyib Ki, Vyanaya səfərinin əsas məqsədi martın 24-də Böyük Britaniyanın ?International Alert? ?eyri-?ökumət ?əşkilatının (QHT) təşkilatçılığı ilə ?Dağlıq Qarabağ münaqişəsi: çağırışlar və cəmiyyətlər arasında etimadı möhkəmləndirmə üçün imkanlar? mövzusunda keçiriləcək dəyirmi masada iştirak etməkdir. Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycan və Ermənistandan 40-dək vətəndaş cəmiyyətinin təmsilçisi, ekspert və ziyalılar, habelə münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasie (Fransa), Yuri Merzlyakov (Rusiya), Metyu Brayza, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Aleksandr Katsanis iştirak ediblər. E.Namazov həmin tədbirdən başqa bir sıra görüşlər də keçirib. Sonda ANİF rəhbəri iki gün sonra Bakıya qayıdacağını da vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA