Ermənilər cəbhə xəttində təlimlərə bazlayıblar

img

26-03-2009 [02:03]


Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılır Bu gün saat 11:30-dan etibarən Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıblar. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, təlimlərdə əsasən artilleriya silahlarından istifadə edilir. Toplar, tank və "Qrad" qurğularından müxtəlif hədəflərə doğru atəş açılır. Təlimin keçirildiyi ərazi Ağdamın cəbhə xəttində yerləşən yaşayış məntəqələrindən təqribən 5 km aralı olduğu üçün atəş səsləri rayonun cəbhə xəttindəki bütün ərazilərində aydın eşidilir. Təlim davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA