Qasırğa cənub rayonlarını izıqsız qoyub

img

25-03-2009 [04:46]


Astara rayonda da 30 yaxın kənd işıqsız qalıb Martın 24-dən əsən güclü külək Lerik, Yardımlı və Astara rayonlarına xeyli ziyan vurub. Ən çox ziyan rayonların elektrik xətlərinə dəyib. Lerik rayon Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədovun ?Azadlıq? radiosuna dediyinə görə, rayonun bütün istiqamətlərdə elektrik dirəkləri aşıb. Bu səbəbdən də bir sıra yaşayış məntəqələrinə işığın verilməsi dayandırılıb. Astara rayonda da 30 yaxın kənd işıqsız qalıb. Güclü qasırğa dağ kəndlərinə gedən elektrik dirəklərinin əksəriyyətini sıradan çıxardıb. Hazırda dəymiş ziyanın aradan qaldırılması yönündə işlər davam etdirilir. Rayon rəsmiləri deyirlər ki, günün sonuna qədər yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi bərpa ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA