Avropa Şurası Azərbaycana yeni məruzəçi təyin etdi

img

25-03-2009 [12:23]


[b]Səməd Seyidov deyib ki, Azərbaycanın bu məsələyə münasibəti mənfidir [/b] Avropa Şurası Parlament Assambleyasının İnsan Haqları və Hüquq Komitəsinin bu gün Berlində keçirilən iclasında Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçinin təyin edilib-edilməməsi məsələsi müzakirə olunub. APA-nın Avropa bürosunun xəbərinə görə, müzakirələr nəticəsində komitə Azərbaycanda siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul edib. Qərara görə, Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kristop Ştrösser (Christoph Strässer) xüsusi məruzəçi təyin olunub. AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə ?Azadlıq? radiosuna deyib ki, Azərbaycanın bu məsələyə münasibəti mənfidir və AŞ PA Azərbaycana ikili standartlarla yanaşır: ?Belə məsələ qalxırsa, bu, başqa ölkələrə də şamil olunmalıdır. Biz başqa ölkələrdə olan bu tipli pozuntuları araşdırıb AŞ PA-nın komitələrinə təqdim edəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA