Dazkəsəndə külək dağıntılar törədib

img

25-03-2009 [12:13]


Daşkəsəndə martın 24-də saat 18:30-dan əsməyə başlayan və bir saatadək davam edən güclü külək dağıntılar törədib. Bir neçə kənddə və rayon mərkəzində yaşayış evlərinin, sosial və inzibati binaların dam örtüklərinə ziyan dəyib. Külək Xoşbulaq, Dəstəfur və Gurbulaq hava elektrik xətlərini sıradan çıxardığından rayon mərkəzinin bir hissəsi və 32 kəndi işıqsız qalıb. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, hazırda küləyin vurduğu ziyanın həcminin müəyyənləşdirilməsi və onun aradan qaldırılması istiqamətində işlərə başlanılıb. // Azadlıq Radiosu

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA