Kür çayının Şirvan ərazisindən keçən hissəsinin üzərindəki körpü uçub

img

23-03-2009 [03:31]


Hadisə ilə əlaqədar körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Qazıməmməd-Qaratəpə-Bəhramtəpə avtomobil yolunun 8-ci kilometrliyində, Kür çayının Şirvan ərazisindən keçən hissəsinin üzərindəki körpünün bir hissəsi uçub. Bu gün səhər saat 11 radələrində körpünün üzərindəki panellərin bir neçəsi sıradan çıxıb. ANS-in Cəlilabad bürosunun verdiyi məlumata görə, hadisə ilə əlaqədar körpüdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda körpü üzərindən avtomobilləri yalnız bir istiqamət üzrə hərəkət edir. Artıq körpünün bərpası ilə bağlı təmir işlərinə başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA