ERMƏNiSTAN SiLAHLI QüVVƏLƏRiNiN BÖLMƏLƏRi ATƏŞKƏS REJiMiNi POZMUŞLAR

img

23-03-2009 [02:48]


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 22-də saat 8.50-dən 9.10-dək fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi və 14.50-dən 15.05-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 23-də saat 6.00-dan 6.05-dək Xocavənd rayonunu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulmuşdur. İtki yoxdur

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA