Novruz zənlikləri cəbhə bölgəsində qeyd olunmuzdur

img

23-03-2009 [02:31]


Səbail İcra Hakimiyyətinin nümayəndələri ənənəvi olaraq xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramını cəbhə bölgəsində rayonun hamiçilik etdiyi hərbi hissədə xidmət edən əsgərlərimizlə birgə keçirilmişdir. Rayon rəhbərliy, ictimaiyyətinin və gənclərin nümayəndələri ön cəbhə xəttində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə yaxından tanış olmuş, olnlarla maraqlı söhbətlər aparmışlar. Bayram tədbirində çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Qəzənfər Novruzov Novruz Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Səbail rayonunun orta məktəblərinin hazırladıqları bayram xonçaları, müxtəlif ləvazimatlar və məktəblilərin əsgərlərə ünvanladıqları məktublar şəxsi heyətə təqdim olunmuşdur. Burada xidmət edən əsgərlər arasında Səbail rayonu 162 saylı orta məktəbinin 5 məzununun xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir. Hərbi hissə rəhbərliyi adından çıxış edən mayor Abış Abışov hərbi hissənin şəxsi heyətinin döyüş hazırlığı barədə məlumat verərək, Səbail rayon nümayəndələrinə bayram tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Mahrızlı kəndi üzrə nümayəndəsi Ramiz Qədirov hərbi hissədə keçirilən bu tədbirin hərbiçilərlə yanaşı yerli sakinlər arasında da ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Daha sonra Bakıdan gələn incəsənət ustaları döyüşçülərimiz üçün böyük bayram konserti vermişlər. Konsertin əvvəlində ?Vahid? poeziya evinin direktoru Fikrət Urucəliyev cəbhə xəttindəki bu görüşlərin incəsənət xadimləri üçün böyük bir imtahan olduğunu və bu kimi görüşlərin tez-tez təşkil olunacağını qeyd etmişdir. Tanınmış sənətçi, muğam ustası Alim Əliyevin rəhbərlik etdiyi ?Vahid? instrumental ansamblının və kollektivin gənc solistlərinin gözəl ifası, xalq artisti Arif Quliyevin şən zarafatları əsgərlər tərəfindən xususi rəğbətlə və sürəkli alqışlarla qarşılanmışdır. Bayram şənliyi hərbi hissənin şəxsi heyəti və qonaqların birgə ifa etdikləri yallı rəqsi ilə başa çatmış, incəsənət xadimlərinə hərbi hissənin Fəxri fərmanları təqdim olunmuşdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA