Bakıda 198 müəssisədə nöqsanlar azkar olunub

img

22-03-2009 [05:17]


Nöqsanların aradan qaldırılması üçün müəssisələrə 109 iradnamə verilib Ötən ildə Bakı şəhərində aparılan monitorinqlər nəticəsində 198 müəssisədə nöqsanlar aşkar olunub Bunlardan 115-i yeyinti məhsullarının istehsalı ilə məşğul olan təsərrüfat subyektləridir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzərTAc-a belə deyiblər. Nöqsanlar kolbasa məmulatları, süd məhsulları, çörək və çörək məmulatları, alkoqolsuz içkilər istehsalı ilə məşğul olan müəssisələrdə daha çox müşahidə olunub. Komitədən bildiriblər ki, müəssisələr lazımi avadanlıqla təchiz edilməmiş, məhsullar normativ sənədsiz, texnoloji təlimat və reseptura olmadan istehsal olunmuş, məhsulların markalanması zamanı ciddi nöqsanlara yol verilmişdir. İstehsal olunan məhsulların mütəmadi analizlərinin aparılması üçün həmin müəssisələrdə sınaq bölmələri yoxdur və akkreditasiya olunmuş laboratoriyalarla müqavilə də bağlanmayıb. Nöqsanların aradan qaldırılması üçün həmin müəssisələrin rəhbərlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada 109 iradnamə verilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən deyiblər ki, monitorinqlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA