ilham Əliyev: ?Azərbaycan, dünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkədir?

img

20-03-2009 [02:53]


?Neftin qiymətinin azalmasına baxmayaraq, investisiya layihələri, bütün sosial proqramlar icra olunacaq, sosial obyektlərin tikintisi davam edəcək? ?Azərbaycan, dünya iqtisadi böhranından ən az əziyyət çəkən ölkədir?. ANS PRESS-in məlumatına görə, bunu Novruz bayramı münasibətilə Bakıda keçirilən tədbirlərdə iştirak edən prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, iqtisadi böhran dünyada kimin nə qədər güclü olduğunu nümayiş etdirir: ?Postsovet məkanına nəzər salsaq görərik ki, çoxlu problemlər var. Bəzi ölkələr öz hesabına yaşaya bilmir, xarici maliyə yardımı olmadan öz iqtisadiyyatlarını inkişaf etdirə bilmirlər, sosial problemlərin həllində çətinlik çəkirlər. Bəzi ölkələrdə isə milli valyutanın məzənnəsinin kəskin şəkildə aşağı düşməsi, kütləvi müflisləşmə gedir, müəssisələr dayanır, insanlrınn alıcılıq qabiliyyəti azalır, sosial gərginlik yaranır. Biz bu hadisələrə həmihşə diqqət yetirmişik. Bizim bu gün nəinki müşahidə aparmaq, həm də müəyyən proseslərə təsir göstərmək imkanımız var. Bu, Azərbaycanın öz imkanlarından məharətlə içstifadə etməsində irəli gəlir. Biz gələcəkdə də çalışacağıq ki, Azərbaycanın dayanıqlı inkişafını təmin edək?. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan, bütün sınaqlardan şərəflə çıxa bildiyini sübut edir: ?Keçən ilin yayında bölgədə yaranan hərbi-siyasi böhran Azərbaycanda hiss olunmadı. Azərbaycan xalqı bunu hiss etmədi. İndiki iqtisadi böhran da hiss olunmur. Manatın məzənnəsinin sabit qalması, istehlak qiymətlərinni aşağı düşməsi nəticəsində insanların alıcıq qabiliyyəti daha da artıb. Büdcə təşkilatlarda çalışan vətəndaşlarımızın maliyyə vəsziyyəti daha da yaxşılaşıb. Bu böhran hər bir ölkəyə öz təsirini göstərir. Biz elə etməliyik ki, makstimum dərəcədə Azərbaycan xalqını bu böhrandan qoruyaq?. Dövlət başçısı bəyan edib ki, Azərbaycan iqtisadi cəhətdə güclənsə də, həll olunası problemlər hələ də m.vcuddur: ?Xalqın rifah halının yaxşılaşdırılması üçün əlavə tədbirlər görülür. İqtisadi inkişaf strategiyasını davam etdirəcəiyk. Neftin qiymətinin azalmasına baxmayaraq, investisiya layihələri, bütün sosial proqramlar icra olunacaq. Bu il və növbəti illərdə sosial obyektlərin tikintisi davam edəcək. Bizim planlarımızda heç bir dəyişiklik olmayacaq. Bu yaxınlarda növbəti beş ili əhatə edən müfəssəl iqtisadi inkişaf proqramı təsdiq olunacaq. Bu proqramın icrası ilə Azərbaycan daha da qüdrətli olacaq?. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA