BU GüN NOVRUZ BAYRAMIDIR

img

20-03-2009 [01:16]


Milli Parkda Novruz atəşfəşanlığı olacaq Novruz bayramı münasibəti ilə bu gün paytaxt Bakıda bayram şənlikləri keçirilib. Şənliklərdən ən böyüyü isə Qoşa Qala qapısının yanında baş tutub. ANS PRESS-in məlumatına görə, bayram şənliyi saat 10:00-dan başlayıb. Şənlikdə ölkə prezidenti İlham Əliyev, millət vəkili Mehriban Əliyeva, YUNESKO-nun baş direktoru Koişiro Matsuurana və bir sıra başqa rəsmi şəxslər iştirak ediblər. İçərişəhərdə isə Qoşa Qala qapısından başlayaraq Qız Qalasına qədər aşıqların, muğam ustalarının, rəqs kollektivlərinin, kəndirbazların, gülşçilər və pəhlavanların çıxışı ilə şənlik olub. Bayram tədbirində xalq sənəti nümunələridə nümayiş olunub, şənlik iştirakçılarına Azərbaycan şirniyyatları təqdim edilib. Bayram münasibəti ilə Qala Qapılarının yanında da isə konsert proqramı təşkil edilib. Konsertdə milli kollektiv və estrada ulduzları çıxış ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA