Müxalifət referendumun gedizindən narazıdır

img

18-03-2009 [03:28]


?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? referendum üzrə təşviqat qruplarının birgə müşahidə qərargahı yaradılıb Bu gün müxalifətin ?Qarabağ və Respublika Uğrunda Hərəkat? və ?Respublikaçılar? referendum üzrə təşviqat qruplarının birgə müşahidə qərargahı yaradılıb. Qərargahdan ANSPRESS-ə daxil olan məlumata görə, qrupun müşahidəçiləri artıq yerlərdə müşahidələrə başlayıblar və müşahidəçilər bəzi qanun pozuntuları qeydə alıblar. Müşahidə olunan pozuntular arasında bülletenlərin müşahidəçilərin müşahidəsi altında sayılmaması, seçki qutusuna bir nəfər tərəfindən bir necə seçki bülleteni atılması, bülletenin seçkiyə start verilməsindən bir az əvvəl sayılması, məntəqədə qeydiyyatda olmayan şəxslərin səs verməsi, təşviqat materiallarının seçki məntəqəsindən yığışdırılmaması, bir şəxsin digər məntəqələrdə də təkrar səs verməsi, şəxsiyyət vəsiqəsi olmayanlara seçki bülleteni verilməsi, bir məntəqədə bir neçə seçicinin barmağının işarələnməməsi kimi hallar qeyd olunub./ANSPRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA