Azərbaycanda keçirilən referendum üzrə səsvermə baza çatıb

img

18-03-2009 [03:21]


Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum üzrə səsvermə başa çatıb. saat 19.00-da bütün ölkə üzrə seçki məntəqələri bağlanıb, bülletenlərin sayılmasına başlanıb. Seçki Məcəlləsinin tələbinə görə, səsvermə başa çatdıqdan sonra 48 saat müddətində Dairə Seçki Komissiyaları yekun protokolları MSK-ya təqdim etməlidir. MSK isə səsvermədən sonra 20 gün ərzində rəsmi nəticələri açıqlamalıdır. Səsvermə 125 seçki dairəsinin 5367 seçki məntəqəsində keçirilib. Qeyd edək ki, səsvermə saat 08.00-da başlayıb. Mərkəzi Seçki Komissiyası seçici aktivliyi ilə bağlı gün ərzində bir neçə dəfə məlumat verib. Onu da əlavə edək ki, Konstitusiyaya əlavə və dəyişikliklər təklifi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüb. Bununla bağlı 2008-ci il dekabrın 19-da parlament təkliflərə hüquqi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Dekabrın 24-də məhkəmə təkliflərə müsbət rəy verib, dekabrın 26-da isə parlament 2009-cu il martın 18-də referendum keçirilməsi barədə qərar qəbul edib. Mərkəzi Seçki Komissiyası referendumda seçici fəallığı ilə bağlı dördüncü rəsmi məlumatı açıqlayıb. Lent.az-ın Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən ?Seçkilər? İnformasiya Mərkəzindəki müxbiri xəbər verir ki, saat 17.00-a olan rəsmi məlumata görə, ölkə üzrə seçici aktivliyi 64,12 %-dir. Bu isə referendumda 3 milyon 137 min 851 seçicinin iştirak etməsi deməkdir. Seçkilər İnformasiya Mərkəzindən bildirilib ki, saat 12.00-a olan məlumata görə, ümumxalq səsverməsində respublika üzrə seçicilərin 1 587 251 nəfəri səs verib. Bu da ümumi seçicilərin 32,44 faizi deməkdir. Bununla da referendum bas tutmuş hesab olunur. Belə ki, səsvermənin baş tutması üçün seçicilərin 25 faizinin iştirakı vacibdir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səhər saat 11-də ailə üzvləri ilə birlikdə 6 sayli seçki məntəqəsinə gəldi. Prezident İlham Əliyev səsvermə otağına gəlib, səsvermə bülleteni alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Bu anı respublikamızın və xarici ölkələrin onlarca mətbuat orqanının, televiziya kanallarının nümayəndələri izləyirdilər. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da bu məntəqədə səs verdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA