?Veteran Neftçilər Klubu? istifadəyə verilib

img

17-03-2009 [06:33]


[b]Novruz bayramı ərəfəsində Səbail rayonundakı 20-ci sahədə yerləşən istirahət bağında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin yaxından köməkliyi ilə inşa olunmuş ?Veteran Neftçilər Klubu? istifadəyə verilmişdir.[/b] Bu hadisə 160 ildən artıq bir vaxt ərzində neft çıxarılan Bibiheybət Buxtasının əhatə etdiyi ərazidə yaşayan veteran neftçilərin böyük sevincinə səbəb olmuşdur. Veteran neftçilərin xahişi ilə tikilən klubda onların normal istirahəti və vaxtlarını səmərəli keçirməsi üçün hər cür şərait yaradılmış, klub lazımi avadanlıq və stolüstü idman ləvazimatları və s. ilə təmin edilmişdir. Veteran neftçilər klubunun açılış mərasimində iştirak edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı cənab Sahib Ələkbərov toplaşanları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən xalqımızın güzəranının yaxşılaşdırılması istiqamətində aparılan geniş miqyaslı, məqsədyönlü işlər barədə məlumat vermiş, insanların, xüsusilə də veteranların ehtiyaclarının öyrənilməsi və təmin edilməsinə yönəldilmiş tədbirlərin bundan sonra da bütün dövlət orqanlarının diqqət mərkəzində olacağını söyləmişdir. Daha sonra rayon İcra Hakimiyyətinin Başçısı tədbirə toplaşanların çoxsaylı suallarını cavablandırmış, onları düşündürən məsələlərə aydınlıq gətirərək, irəli sürdükləri təkliflərin nəzərə alınacağını bildirmişdir. Tədbirin sonunda çıxış edən veteran neftçilər görülən işlərə, aztəminatlı təbəqəyə, yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA