Novruz bayramı ilə əlaqədar martın 21-də Milli Parkda konsert veriləcək

img

16-03-2009 [06:14]


#601;n sonra Milli Parkda atəşfəşanlıq da olacaq Novruz bayramı ilə əlaqədar mart ayının 21-də Milli Parkda konsert proqramı təşkil ediləcək. Bu barədə məlumatı ANS PRESS-ə Bakı Bulvar İdarəsinin mətbuat xidmətinin əməkdaşı Nazim Məcidov verib. Onun sözlərinə görə, konsert saat qülləsinin yanında, saat 21:00-da başlayacaq və 23:00-a kimi davam edəcək. Konsertdən sonra Milli Parkda atəşfəşanlıq da olacaq. Qeyd edək ki, martın 17-i ilaxır çərşənbə ilə əlaqədar Milli Parkın ərazisində tədbir keçiriləcək. Belə ki, səhər saat 12-13-radələrində Azneft meydanından başlayaraq 6 fayton, 8 at üstündə cəngavər, bahar qızı, keçəl-kosa, Qədə Qorqud və iki dəvə Suraxanı rayonundakı Atəşgah məbədinə gedəcək. Orada məşəlləri alovlandırandan sonra karvan yenidən Qız Qalasının yanına qayıdacaq və burada konsert proqramı olacaq. N.Məcidov tədbirlərin Milli Parkın ərazisində olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edildiyini bildirib. ?Bulvar İdarəsi texnika, işçi qüvvəsi, mühafizə xidməti ilə tədbirin yüksək səviyyədə keçirilməsinə kömək edəcək?. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA