2050-Ci iLDƏ AZƏRBAYCAN ƏHALiSiNiN SAYI 9,4 MLN NƏFƏR OLACAQ

img

15-03-2009 [07:43]


Bu proqnoz BMT-nin ?Dünya əhalisinin perspektivləri ? 2008? adlı hesabatında öz əksini tapıb Azərbaycan əhalisinin sayı 2050-ci ildə 9,4 milyon nəfər təşkil edəcək. Bu proqnoz BMT-nin ?Dünya əhalisinin perspektivləri ? 2008? adlı hesabatında öz əksini tapıb. Hesabatda dünya əhalisinin sayının indiki 6,8 milyard nəfərdən 2050-ci ildə 9,1 milyard nəfərədək artacağı proqnozlaşdırılır. Planetin əhalisinin artması fonunda 45 dövlətin əhalisinin sayı azalacaq. Belarus, Bolqarıstan, Almaniya, Latviya, Litva, Moldova, Polşa, Rusiya, Rumıniya və Ukraynada əhalinin 2010-2050-ci illərdə 10 faiz azalacağı proqnozlaşdırılır. Hesabat müəllifləri bu ölkələrə əhali azalmasını mühacir axını hesabına kompensasiya etməyi məsləhət görürlər. BMT-nin proqnozlar şöbəsinin hesablamalarına görə, 2050-ci ilə kimi Gürcüstanda əhalinin sayı 4,4 milyon nəfərdən 3,1 milyon nəfərə, Ermənistanda isə 3 milyon nəfərdən 2,5 milyon nəfərədək azalacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA