Qusarda torpaq sürüzməsi baz verib

img

15-03-2009 [05:22]


Qusar rayonunda torpaq sürüşməsi baş verib. Hadisə ötən gün axşam saatlarında rayonun Urva kəndinin, Quzey adlanan hissəsində olub. Torpaq sürüşməsinin uzunluğu 500, eni isə 150-200, bəzi yerlərdə isə hətta 300 metrə çatıb. Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədov hadisə yerində olub. O, ANS-Pressə açıqlamasında bildirib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinə artıq məlumat verilib. Sədr sürüşməyə fevral ayında yağan qarın son günlərdə isti küləklər nəticəsində sürətlə əriməsinin sürüşməyə səbəb ola biləcəyini istisna etməyib. Onun sözlərinə görə, sürüşmə nəticəsində 3 evin yardımçı tikilisinə, 2 evin divarına ziyan dəyib. Daha iki ev isə sürüşmə ərazisinə daha yaxın yerləşir və bura ciddi ziyan dəyib. A.Məmmədov bildirib ki, sürüşmənin dərinliyi 2-2,5 metrə çatıb və dünəndən başlayan sürüşmə gecə saatlarında da davam edib. Belə ki, sürüşmə ərazisinə qoyulmuş sınaqda bunu təsdiqləyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA