Həmsədrlər prezidentlərin mayın 7-də Praqada görüzməsini istəyir

img

14-03-2009 [10:14]


yza: ?Biz Azərbaycan və Ermənistan prezidentlərinə bu təklifi vermişik və hiss edirəm ki, onlar görüşə razılıq verəcəklər? ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistand prezidentlərinə təklif edib ki, növbəti görüş mayın 7-də Praqada keçiriləcək Avropa Birliyi sammiti çərçivəsində keçirilsin. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Gürcüstana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında ANS-in əməkdaşının sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, həmsədrlərin regiona son səfərində məqsəd tezliklə prezidentlərin görüşünü təşkil etmək olub: ?Mən hiss edirəm ki, hər iki prezident bu görüşlə bağlı razılıq verəcək. Amma biz hələ də onlardan təsdiq cavabı gözləyirik?. Metyu Brayza onu da deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda irəliləyişlər və onlar çox pozitiv, konstruktivdir. Həmsədr hesab edir ki, danışıqlardakı irəliləyişlər prezidentlər İlham Əliyev və Serj Sarkisyanın ötən ilin noyabrında Moskvada keçirdiyi görüşündən sonra da çox hiss olunur. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA