Ilham Əliyev MTN Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiz binası ilə tanız olub

img

14-03-2009 [08:35]


Dövlət başçısı, orada xalq rəssamı, dünya şöhrətli fırça ustası, ANS Şirkətlər Qrupu tərəfindən ?2009-cu ilin adamı? seçilmiş Tahir Salahovla da görüşüb Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin və həmin mərkəzin nəzdində fəaliyyət göstərən musiqi məktəbinin əsaslı təmir edilmiş binaları ilə tanış olub. Dövlət başçısını milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov qarşılayıb. Prezident İlham Əliyev Azərbaycanın xalq rəssamı, dünya şöhrətli fırça ustası Tahir Salahovla söhbət edib. Hazırda Mərkəzin binasının yerləşdiyi ərazidə 1912-ci ildə polyak kilsəsi (kostyol) tikilmişdi. Layihənin müəllifi tanınmış polyak memarı Yozef Ploşko idi. Onun layihəsi əsasında tikilmiş binalar indi də Azərbaycan paytaxtını bəzəyir. 1931-ci ildə bolşeviklərin göstərişi ilə kostyol dağıdılmış, 1938-ci ildə isə onun yerində F.Dzerjinski adına klubun təməli qoyulmuşdu. Lakin Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar tikinti işləri dayandırılmışdı. Memar Hüseyn Məcidovun layihəsi əsasında tikilən bina 1953-cü ildə istifadəyə verilmiş və uzun müddət dövlət əhəmiyyətli müxtəlif tədbirlərin keçirildiyi yer olub. O vaxtdan bəri binada əsaslı təmir aparılmamışdı. Respublika Nazirlər Kabinetinin 2008-ci il 31 yanvar tarixli qərarı ilə həmin bina Milli Təhlükəsizlik Nazirliyinin balansına verilib. Dövlət başçısı əvvəlcə Mərkəzdə yaradılmış Heydər Əliyev muzeyində olmuşdur. Milli Təhlükəsizlik Nazirliyinin arxivlərindən və dövlət arxivindən götürülmüş, çoxu ilk dəfə nümayiş etdirilən fotoşəkillərlə tanış olub. Dövlət başçısı Mərkəzin 352 tamaşaçı yeri olan, ən müasir avadanlıqla təchiz edilmiş konsert salonuna, VİP-otağa, fəxri qonaqlar üçün lojalara baxıb. Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən kiçik fotoekspozisiya ilə də tanış olub. Mərkəzin 100 yerlik kiçik salonunda ümummilli lider Heydər Əliyevin ölkənin milli təhlükəsizlik sisteminin təşəkkülündə rolundan bəhs edən sənədli filmə baxıb. Binanın dördüncü mərtəbəsində restoran və Azərbaycan təbiətinin bənzərsiz gözəlliklərini əks etdirən rəngkarlıq əsərlərinin nümayiş etdirildiyi qış bağı yerləşir. Sonra dövlət başçısı Mərkəzin binasına bitişik, uşaq vaxtı özünün oxuduğu musiqi məktəbinə gəlib. Məktəbin direktoru, vaxtilə gənc İlham Əliyevin müəllimi olmuş Nailə Kərimova 1969/1970-ci tədris ilinə aid qiymət cədvəlini Prezidentə təqdim edib. Bu sənəddən görünür ki, fortepiano sinfində oxuyan İlham Əliyev yalnız əla qiymətlər alırmış. Prezident İlham Əliyev musiqi məktəbi şagirdlərinin çıxışlarını dinləyib, daha sonra fotoekspozisiya ilə tanış olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA