Metroya partlayıcı qurğu qoyulması barədə anonim zəng edən zəxs müəyyən edilib

img

14-03-2009 [07:02]


Anonim zəngi edən azyaşlı olduğundan saxlanılmayıb Bakı Metropoliteninin ?İçəri şəhər? stansiyasına partlayıcı qurğu qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov ANS PRESS-ə bildirib ki, anonim zəng edən azyaşlıdır. Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən olunan şəxs azyaşlı və xəstəliyi olduğundan saxlanılmayıb, ona xəbərdarlıq edilib. Azyaşlı zəngi evlərindəki telefondan etdiyini deyib. Qeyd edək ki, martın 12-də saat 14.30 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətinə metronun "İçər şəhər" stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub. Axtarışlar nəticəsində heç bir partlayıcı qurğu aşkar olunmayıb. Xatırladaq ki, martın 10-da saat 12.10 radələrində Bakı Metropolitenində Polis Şöbəsinin növbətçi hissəsinə metronun Nizami stansiyasına partlayıcı qurğu qoyulması barədə məlumat daxil olmuşdu, axtarış tədbirləri nəticəsində stansiyada heç bir partlayıcı qurğu aşkarlanmamışdı. Anar Məmmədov /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA