"Böhran Ermənistanı izğal etdiyi ərazilərə müstəqillik verilməsi ilə bağlı tələblərindən əl çəkməyə məcbur edəcək"

img

14-03-2009 [01:40]


Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov belə deyib "Qlobal iqtisadi böhran Ermənistanı işğal etdiyi ərazilərə müstəqillik verilməsi ilə bağlı tələblərindən əl çəkməyə məcbur edəcək və onlar üçün real düşünmək vaxtı artıq çatıb". Bunu Azərbaycanın xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Araz Əzimov "Reuters" agentliyinə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, Azərbaycan güclənən iqtisadiyyatı və ordusu ilə özünün Qərb üçün stabil tərəfdaş imicini möhkəmləndirir və çalışır ki, Ermənistanı kompromislərin vacibliyinə inandırsın. "Rəsmi Bakı müharibə axtarmır. Güclü ordusu olmaq yaxşı haldır, amma bundan da yaxşı, həmin ordudan istifadə etməməkdir. Biz heç vaxt deməmişik və demirik ki, Ermənistanla müharibəyə başlayacağıq. Amma Ermənistan regiona müstəqillik verilməsində israr edir. İstənilən halda və nəyin bahasına olursa olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik". Araz Əzimov Rusiyanın Ermənistana silah ötürməsi ilə bağlı məlumatlara da toxunub və deyib ki, Ermənistanı özünün hərbi müttəfiqi olan Rusiya silahla təmin edir. "Rusiya Ermənistanı silahlandırır və ona Gümridəki hərbi bazasından istifadədən çıxmış silahlarını verir. Həmin bazaya yeni hərbi texnika gətirilir, bəs köhnələrini nə edirlər? Yenilərini gətirirlər, amma geri heç nə aparmırlar". Araz Əzimov belə deyib./ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA