Müzahidə olunan və yaxın 3 gün ərzində gözlənilən hava zəraiti

img

13-03-2009 [08:15]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:Bakıda və Abşeron yarımadasında Martın 13-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti hökm sürəcək. Cənub küləyinin sürəti 7-12 m/s, axşam saatlarında 16 m/s, havanın temperaturu isə gündüz 9-13, axşam 5-8 dərəcə isti təşkil edəcək. Martın 14-də havanın buludlu olacağı, arabir açılacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskin yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti 8-13 m/s, arabir 16-20 m/s, havanın temperaturu gecə 4-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Martın 15-də havanın buludlu olacağı, arabir açılacağı, axşam və gecə saatlarında yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Qərb, şimal-qərb küləyinin sürəti 10-15 m/s, arabir 18-23 m/s-dək güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 9-12 dərəcə isti təşkil edəcək. Martın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək, havanın temperaturu gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında Martın 14-də, əsasən, axşam və gecə saatlarında bəzi rayonlarda az yağış yağacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək, havanın temperaturu gecə 4-8, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti təşkil edəcək. Martın 15-16-da arabir yağış, dağlıq rayonlarda sulu qar yağacağı, martın 16-da isə hətta intensiv olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək, havanın temperaturu gecə 4-9, gündüz 16-21, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq Martın 14-də qərb rayonlarından başlayaraq martın 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, martın 15-i axşam və martın 16-17-də dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturlar tədricən 4-6 dərəcə aşağı enəcək. Qərb küləyinin sürəti arabir 15-20 m/s, bəzi rayonlarda 25-27 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Quba-Xaçmaz bölgəsi çaylarında qısamüddətli daşqınların keçəcəyi ehtimal olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA